İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.

Futbolinfo.az xəbər verir ki, bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.

Yamal İspaniya yığmasının heyətində AÇ-2024-ün qalibi olub.

Xatırladaq ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə “Real”ın (Madrid, İspaniya) yarımmüdafiəçisi Cud Bellingem bu ada yiyələnib.

Shares: