“Qarabağ” bu gün Avropa Liqasın Liqa mərhələsində növbəti sınağına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu 5-ci tur çərçivəsində Lion “Olimpik”ini qəbul edəcək.
Fransa təmsilçisi ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” hazırda 3 xalla Liqa mərhələsinin turnir cədvəlində 29-cu pillədə qərarlaşıb. Lion “Olimpik”i isə 7 xalla 9-cudur. Azərbaycan təmsilçisi güclü rəqiblə oyunda doğma meydandakı ilk qələbəsini rəsmiləşdirməyə çalışacaq.
Avropa Liqası
5-ci tur
28 noyabr
21:45. “Qarabağ” – “Olimpik” (Lion)
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Tofiq Bəhramov adına Respublika stadionu.