UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq Lion “Olimpik”inin maliyyə böhranı davam edir.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1 nəhənginin aşağı liqaya göndərilmə ehtimaı reallığa çevrilə bilər.
Komandanın hazırkı büdcəsi maliyyə feyr-pleyinə ziddir. Əgər yanvarda bir neçə futbolçusunu yüksək məbləğ qarşılığında satmasa, klub ciddi sanksiya ilə üzləşəcək. Klub rəhbərliyi bunun qarşısını almaq üçün Gift Orban, Said Benrahma, Maksans Kakre kimi oyunçuları ilə qış fasiləsində vidalaşmağı planlaşdırır. Lakin bu da yetərli olmayacaq.
Lionluları bu durumdan yalnız Malik Fofana və Rayan Şerki xilas edə bilər. Çünki onlarla maraqlanan Avropa nəhəngləri yüksək məbləğ ödəməyə hazırdır. Ancaq rəhbərlik aparıcı hücumçularını mövsüm bitməmiş satmaq fikrindən uzaqdır. Bu üzdən klub alternativ çıxış yolu axtarır.
Qeyd edək ki, “Olimpik” hazırda Fransa çempionatında 6-cı, Avropa Liqasında isə 9-cu pillədə qərarlaşır.