Misli Premyer Liqasının 2024-2025 mövsümündə komandaların çempionluq şansları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, xarici statistiklərin araşdırmasına görə, “Qarabağ” cari mövsümü də çempion kimi başa vuracaq.

Cəmi 14 tur geridə qalmasına və Ağdam təmsilçisinin ən yaxın izləyicisini cəmi 1 xal qabaqlamasına baxmayaraq, komandanın qızıl medallara sahib olma şansı 99 faizə bərabər göstərilib. Ehtimallara görə, “Qarabağ” mövsümü 94 xalla tamamlayacaq.

Maraqlıdır ki, qızıl medallara ikinci iddiaçı “Araz-Naxçıvan” hesab olunub. Naxçıvan təmsilçisinin bu şansı 0,6 faizlə ölçülüb. Bu göstərici “Turan Tovuz”da 0,2 faiz, “Zirə” və “Sabah”da isə 0,1 faizə bərabərdir.

“Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Səbail” və “Kəpəz”in cari mövsüm çempionluq şansının olmadığı qənaətinə gəlinib.

Qeyd edək ki, hazırda “Qarabağ” 34 xalla turnir cədvəlinə başçılıq edir. “Araz-Naxçıvan” 33 xalla ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü 27 xalla “Turan Tovuz” qapayır.

Shares: