Noyabrın 26 və 27-də Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun 18 oyunu keçirilib. Matçlarda qapılara ümumilikdə 67 qol vurulub.

UEFA-nın məlumatına görə, bu nəticə turnir tarixində rekord göstəricidir. Əvvəlki rekord Çempionlar Liqasının 2000/2001 mövsümünün 1-ci turunda qeydə alınmışdı. Həmin vaxt 16 matçda 63 qol vurulmuşdu.

Qeyd edək ki, noyabrın 26-da 5-ci turun ilk 9 oyununda 40 qol vurulub ki, bu da turnir tarixində bir oyun günündə 2-ci ən yüksək göstəricidir.

Hazırda turnir cədvəlinə 15 xala malik olan “Liverpul” liderlik edir. “İnter” 12 xalla 2-ci pillədə qərarlaşır. “Barselona” isə 12 xalla 3-cüdür.

Shares: