Formula 1 Monzada keçirilən İtaliya Qran Prisi ilə müqavilənin 2031-ci ilə qədər uzadıldığını rəsmən elan edib.
F1-in baş direktoru Stefano Domenikali bu xəbərə münasibət bidirirb.
“Mən şadam ki, İtaliya Qran Prisi 2031-ci ilə qədər təqvimdə qalacaq. Monza Formula 1 tarixinin ürəyidir və burada hər il çoxlu sayda tifozzinin “Ferrari” və sürücüləri dəstəkləmək üçün toplaşdığı unikal atmosfer var. İnfrastrukturda son təkmilləşdmələr və planlaşdırılan investisiyalar İtaliyada Formula 1-in uzunmüddətli gələcəyinə ümidləri artırır.
Mən İtaliya Avtomobil Klubunun prezidentinə, İtaliya hökumətinə və Lombardiya bölgəsinə idmanımıza göstərdikləri sevgi və fədakarlıq üçün təşəkkür etmək istərdim. Mən həmçinin bütün ölkədə Formula 1-i bu qədər həvəslə dəstəkləyən inanılmaz azarkeşlərimizə öz təşəkkürümü bildirmək istəyirəm”, – deyə əslən İtaliyadan olan funksioner qeyd edib.