Dünyanın birinci raketkası, italiyalı tennisçi Yannik Sinner bu mövsüm və ATP reytinqində liderliyi haqqında danışıb.

“Reytinqdə beşinci yerdə olanda özümü oranın sahibi kimi hiss etmirdim. İndi isə özümü olduğum yerə aid hiss edirəm. Bunlar tamamilə fərqli duyğulardır. Bu il əla keçdi. Uğrlar inamımı bir qədər də artırır. Reytinqdə liderlik böyük nəticələr əldə etmək üçün vacib məqamdır”, – deyə tennisçi ATP Tour-un rəsmi saytına bildirib.

23 yaşlı Sinner bu mövsüm iki “Böyük Dəbilqə”, üç “Masters” turniri, 2024 ATP Final Çempionatı və iki ATP-500 titulu daxil olmaqla, səkkiz turnirin qalibi olub. Bundan əlavə, o, ilin yeganə komanda yarışı olan Devis Kubokunu da qazanıb.

Shares: