Dünən penaltini qaçıraraq məğlubiyyətdə əsas rol oynayan Kilian Mbappeyə komanda yoldaşları dəstək olub. Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turundakı məğlubiyyətə baxmayaraq, “Real”ın futbolçuları fransalı hücumçunu günahlandırmaq istəmir.

Futbolinfo.az xəbər verir ki, “Liverpul”la matçda hesab 0:1 ikən 11 metrlik zərbəni boşa verən Mbappe daha bir neçə epizodda dəqiq oynamayıb. İngiltərə klubundan Məhəmməd Salah da eyni uğursuzluğu yaşayıb. Buna baxmayaraq, meydan sahiblər 2-c qolu vurmağı bacarıb.

Penaltini qzanan madridlilərin müdafiəçisi Lukas Vaskes deyib: “Mbappeni hər zaman dəstəkləyirik. O, möhtəşəm oyunçudur. Kilianın bizimlə birlikdə olmasına görə xoşbəxtik. Ən yüksək səviyyəli hücumçudur, zamanla bunu göstərəcək”.

Cud Bellingem də eyni fikirdədir: “Penaltini qaçırmaq bu məsuliyyəti üzərinə götürən hər bir şəxsin başına gələ biləcək hadisədir. Birlikdə qazanıb, birlikdə uduzacağıq. Hazırda Avropanın ən yaxşılarından biri olan komandaya uduzmuşuq. Məğlub olmaq utancverici deyil, amma oyunumuz ürəkaçan deyildi”.

Shares: