Ötən gün “Şamaxı” ilə yollarını ayıran İlkin Muradov bununla bağlı açıqlama verib. Futbolinfo.az saytına danışan yarımmüdafiəçi intizamslığz görə komandadan göndərilməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
O bildirib ki, ciddi intizamsızlıq səbəbi olsaydı, klub açıqlama verərdi: “Hərə bir şey yazır. Düşünürəm ki, ciddi intizamsızlıq olsaydı, klub açıqlama verərdi. Sadəcə elə oldu ki, razılığa gəldik və mən oradan ayrıldım”.
Muradov mövsüm davam edərkən bu cür ayrılıq yaşanması ilə bağlı isə bunları deyib: “Düşünürəm ki, hər işdə bir xeyir. Məsləhət belə imiş, ayrılmalı oldum. Hələ ki, heç bir təklif də yoxdur, gözləyirəm. Düzdür, qış fasiləsində ayrılsaydım, daha yaxşı olardı. Amma indi bu cür oldu və qış fasiləsini gözləməliyik”.
“Baş məşqçi Ayxan Abbasov açıqlama verib və intizamsızlığa görə klubdan göndərildiyinizi deyib. Siz ikinci dəfədir bu cür hal yaşayırsınız, “Zirə”də də əvəzedici komandaya göndırilmişdiz. Sizə problem yaradan məsələ nədir” sualına isə futbolçu bu cür cavab verib: “Ayxan Abbasov bu cür deyibsə, intizamsızlığın səbəbini, nə olduğunu da özü açıqlaya bilər, sualı ona versəniz, yaxşı olar. İntizamsızlığın da cəriməsi var. Başqa heç nə demək istəmirəm”.