Portuqaliyanın “Benfika” klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında (ÇL) məhsuldar ötürmə sayında Lionel Messini geridə qoyub.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi buna səfərdə Fransa təmsilçisi “Monako”ya qalib gəldikləri matçda (3:2) nail olub.
Argentinalı oyunçu sözügedən qarşılaşmada iki assistlə yadda qalıb. O, qitənin bir nömrəli klub turnirindəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb.
Beləliklə, Di Mariya həmyerlisi Lionel Messini (40) qabaqlayıb. Hazırda ÇL-də rekordçu Kriştianu Ronaldudur – 42 assist.
Anxel Di Mariya cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 16 görüşdə 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.