2026-cı ildə İtaliyanın Milan şəhərində keçiriləcək Olimpiya məşəli estafetinin başlama tarixi və marşrutu məlum olub. Od ənənəvi olaraq Olimpiyada yandırılacaq. Bu mərasim 2025-ci il noyabrın 26-da baş tutacaq və noyabrın 4-dək məşəl İtaliyanın paytaxtı Romaya gələcək.

Məlumata görə, Olimpiya məşəlinin estafeti 63 gün davam edəcək və Qış Oyunlarının açılış mərasiminin keçiriləcəyi “San Siro” stadionunda 2026-cı il fevralın 6-da başa çatacaq. Bütün bu müddət ərzində estafetdə 10 min nəfər və bir məşəldar iştirak edəcək. Marşrutun uzunluğu 12 min kilometr olacaq.

Milanda keçiriləcək Qış Olimpiya Oyunları 2026-cı il fevralın 23-də başa çatacaq.

Shares: