Cənubi Afrika Respublikası 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə danışıqlara başlayıb. Bu barədə “Inside the Games” məlumat yayıb.

Müzakirə ilkin xarakter daşıyır. Medianın yazdığına görə, BOK Afrika qitəsində ilk Olimpiadanın keçirilməsi təşəbbüsünü dəstəkləyib. Bu xəbər Lozannada komitənin rəhbəri Tomas Bax və Cənubi Afrikanın idman naziri Geyton Makkenzi arasında keçirilən görüşdən sonra yayılıb.

Qeyd edək ki, Hindistan da bir müddət əvvəl 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rəsmi müraciət edib. Hindistandan başqa, Almaniya, Polşa və Qətər də Olimpiadanı qəbul etmək hüququna iddialılar sırasındadır.

Shares: