AFFA-nın təşkilatçılığı, “Xudat City” futbol akademiyasının dəstəyi ilə “D” kateqoriyalı məşqçi kurslarına start verilib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.