25 yaşlı alman pilot Mik Şumaxer artıq “Mersedes” komandasının ehtiyat pilotu deyil. Bu barədə komandanın mətbuat xidməti məlumat verib.

“Mikin ehtiyatda olan sürücü kimi zəhmətkeşliyi, çalışqanlığı və qətiyyəti son iki ildə komanda üçün çox vacib olub. Onun simulyatorda komanda üzvü kimi işləməsi, müxtəlif avtomobilləri sınaqdan keçirməsi təqdirəlayiqdir. İlk gündən o, komandaya asanlıqla uyğunlaşdı və hamının sevimli həmkarına çevrildi.

Bununla belə, Mik ilk növbədə pilotdur. Həm Formula 1-dəki çıxışlarından, həm də builki Dözümlülük üzrə Dünya Çempionatında (WEC) biz onun yüksək səviyyəli sürücü olduğunu gördük. O, həyatında  növbəti səhifə açmaqdadır. Mən şəxsən Mikə komandamıza verdiyi töhfəyə görə təşəkkür etmək istərdim. Hamımız ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, – deyə Toto Volf qeyd edib.

Shares: