Dünyanın 34-cü raketkasi, qazaxıstanlı tennisçi Aleksandr Bublik 2024-cü ildə ikiqat səhvlərin sayına görə hamını qabaqlayıb. Tennisçi bu mövsüm servislər zamanı 316 dəfə ikiqat səhv edib.

Bu göstəricidə Denis Şapovalov ikinci yeri tutub (303 ikiqat səhv). Rusiyalı tennisçi Daniil Medvedev (298) üçüncü, Qriqor Dimitrov (234) dördüncü olub. Siyahıda beşinci yeri 224 ikiqat xəta ilə Feliks Ojye-Aliassim tutub.

Əlavə edək ki, Bublik dekabrın 6-dan 8-dək Londonda keçiriləcək UTS turunun finalında iştirak edəcək. Yoldaşlıq xarakterli turnirin ümumi mükafat fondu 2 milyon dollardan çoxdur.

Shares: