Almaniyanın “Bayer” klubunun futbolçusu Florian Virts azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, səsvermədə Mateo Reteqi (“Atalanta”, İtaliya), Malik Tillman (PSV, Niderland) və Xulian Alvaresi (“Atletiko” İspaniya) qabaqlayıb.
Virts “Zalsburq”a (Avstriya) qarşı keçirilən matçda (5:0) dubl müəllifi olub.