Lion “Olimpik”inin baş məşqçisi Pyer Saj Avropa Liqası Liqa mərhələsinin 5-ci turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Qarabağ” ilk hissədə çoxlu təhlükəli epizodlar yaratdı. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq. Hesabın oyuna görə olduğunu deməzdim. “Qarabağ” daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi. Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdilər”.