Basketbol üzrə Avroliqa turnirində 12-ci tura start verilib.

İlk oyunda “Jalgiris” İspaniyanın “Baskoniya” komandasını qəbul edib. Görüşə qonaqlar daha üstün başlasalar da, Litva təmsilçisi dönüş yarada bilib. Lakin sonda qonaqlar yenə də qalib gələ biliblər (83:70). Azərbaycan millisinin üzvü Donta Hal qonaq komandanın heyətində ən yaxşılardan biri olub. Onun aktivində 14 xal və 11 ribaund var.

“Partizan” – “Olimpiakos” qarşılaşması da gərgin alınıb. Belqrad təmsilçisi 78:70 hesabı ilə qələbə qazanıb. “Paris” isə evdə “Virtus”u məğlubiyyətə uğradıb – 81:78.

Gecənin ən əsas oyunu Kataloniya paytaxtında baş tutub. El-klassikoda Madrid “Real”ı overtaymda “Barselona”ya qalib gəlib – 97:90.

Shares: