Fransız mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasını Liqa 1-də davam etdirə bilər.

“Transfer News Live” sosial şəbəkə hesabında verilən məlumata görə, PSJ rəhbərliyi Zidanın namizədliyini müzakirə edir. Paris klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə ispaniyalı baş məşqçisi Luis Enrikeni istefaya göndərə bilər.

Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə Madrid “Real”nın baş məşçisi olub. Fransız məşqçi “Los Blankos”la birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub.

Shares: