“Böyük Dəbilqə” turnirlərinin beşqat çempionu və dünya reytinqinin 2 nömrəsi, polşalı tennisçi İqa Şvyontek antidopinq proqramı çərçivəsində bir aylıq diskvalifikasiya edilib.
23 yaşlı Şvyontekin 12 avqust 2024-cü ildə verdiyi dopinq testin cavabı müsbət olub. B nümunəsinin analizi A nümunəsinin tədqiqinin nəticələrini təsdiqləyib. Müstəqil araşdırma nəticəsində maddənin mənbəyinin çirklənmiş dərman preparatı – melatonin olduğu müəyyən edilib. İdmançı onu yuxu problemi səbəbindən qəbul edir. Bununla əlaqədar olaraq, WADA (Ümumdünya Antidopinq Agentliyi) və ITIA məsələdə tennisçinin günahının çox olmadığı qənaətinə gəlib.
Dopinq testinin aşkarlanmasından sonra WADA Şvyonteki bir aylıq diskvalifikasiya edib. İqa 4 dekabr 2024-cü ildən yarışmağa başlaya bilər. Bundan əlavə, nümunə götürüldükdən dərhal sonra Sinsinnatidə (ABŞ) keçirilən WTA-1000 turnirindəki çıxışına görə, polşalı tennisçi pul mükafatını geri qaytarmalı olub.