21 yaşlı argentinalı pilot Franko Kolapinto Qətər qran-prisində istifadə edəcəyi dəbilqəni təqdim edib.

Mərhələ noyabrın 29-dan dekabrın 1-dək keçiriləcək.

Dizayn kimi Franko ölkəsinin futbol üzrə milli komandasının oyunçuları ilə birlikdə şəklini seçib. 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatında argentinalılar üçüncü dəfə çempion olublar. Dəbilqədəki fotonun mərkəzində kuboku öpən Lionel Messi yer alıb.

“Mən Qətərə xüsusi bir şey gətirməli idim. Ümid edirəm ki, bundan zövq alacaqsınız”, – deyə Kolapinto sosial şəbəkədəki səhifəsində yazıb.

Kolapinto “Williams”ın yetirməsidir. O, Britaniya komandasında bu il amerikalı sürücü Loqan Sargenti əvəz edib. Franko bu mövsümün sonuna qədər “Williams”da çıxış edəcək.

Shares: