Azərbaycan Basketbol Liqasında bu gün 4-cü turun daha bir matçı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, B qrupunda “Lənkəran” evdə “Ordu”nu qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da start götürəcək.

“Lənkəran” hazırda B qrupunda 5 xalla dördüncüdür. Eyni xala malik “Ordu” ikinci pillədə qərarlaşıb.

4-cü turun noyabrın 26-da keçirilmiş “Abşeron” – “Naxçıvan” oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı – 68:72. Turun digər matçları noyabrın 30-da və dekabrın 1-də baş tutacaq.

Shares: