“Sumqayıt”ın basketbolçusu Murad Orucəliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, komandasının ilk üç turdakı məğlubiyyətlərinin səbəblərindən danışıb:

“Fikrimcə, biz bu oyunlara tam hazır deyildik. Məsələn, “Lənkəran”la matça yaxşı başladıq, uzun müddət hesabda öndə olduq, amma üstünlüyümüzü qoruya bilmədik. Ümid edirəm ki, yeni oyunçularımızın gəlişi ilə komandamızın çıxışı daha da yaxşılaşacaq”.

28 yaşlı basketbolçu cari mövsümlə ötən ili müqayisə edib:

“Doğrudur, ötən “basketbol ili”ndə hədəflərimizə çata bilməsək də, oyun üslubumuz yaxşı idi. Səhvlərimizdən nəticə çıxartmağı bacarırdıq. İndi isə bunu görmürük. Amma düşünürəm ki, çatışmazlıqları aradan qaldırmaq olar. Hər şey zamanla yaxşı olacaq. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni etməliyik”.

“Sumqayıt klubu yer aldığı B qrupunda 3 xalla altıncı – sonuncu sırada qərarlaşıb.

Shares: