“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola azarkeşləri sakit olmağa çağırıb. İspan mütəxəssis ardıcıl uğursuz oyunlar seriyasının bitəcəyinə əmindir.
Futbolinfo.az xəbər verir ki, “Liverpul”a qarşı Premyer Liqa matçı öncəsi təcrübəli çalışdırıcı deyib: “İllərdir İngltərə çempionatında mübarizənn içindəyik. Hətta vəziyyətə nəzarət etdiymizi də deyə bilərəm. Amma bəzən belə də olur və bunu qəbul etməliyik. Bu, futboldur, uğurla yanaşı uğursuzluq da ola bilər. Düzdür, nəticələrin bu qədər pis olacağını, həftələrdir qələbəyə həsrət qalacağımızı mən də gözləməzdim. İndi olanlarla barışıb irəli baxmalıyıq, nəticə çıxarmalıyıq”.
Qvardiola ardıcıl məğlubiyyətlərə, son olaraq ÇL-də “Feyenoord” qarşısında 3:0 hesablı üstünlüyü əldən vermələrinə baxmayaraq, oyunlarının ümidverici olduğunu düşünür: “Qazanmağa məcbiriq, bunu etməsək, vəziyyət yaxşı olmayacaq. Hələ də çempionluğa əsas namizədlərdənik, Premyer Liqada ikinci pillədəyik. Əsas odur ki, oyunumuz ümid verir, lap yaxşı oynamasaq da, bərbad deyilik. “Liverpul”un fərqi daha da artırmağına imkan verə bilmərik. Ona görə də elə bu həftə pis gedişata son qoyacağımızı düşünürəm”.