Noyabrın 25-də Sinqapurda başlayan dünya çempionatında dördüncü partiya keçirilib.

Xatırladaq ki, şahmat tacı uğrunda hindistanlı qrossmeyster, namizədlər turnirinin qalibi Qukeş Dommaraju və son  çempion çinli Dinq Lijen mübarizə aparır.

Dördüncü oyun heç-heçə başa çatıb. İlk oyunda hazırkı dünya çempionu Lijen, üçüncü oyunda isə Qukeş qalib gəlib. Şahmatçılar arasında ikinci oyun heç-heçə başa çatıb. Beləliklə, görüşdə bərabərlikdir (2:2).

Dommaraju və Lijen arasında keçirilən qarşılaşma 138 il ərzində Asiyadan olan iki şahmatçının iştirak etdiyi ilk oyundur. Bu həm də Cənub-Şərqi Asiyada keçirilən ikinci dünya çempioluğu qarşıdurmasıdır. İlk dəfə 1978-ci ildə Filippinin Baguio şəhərində şahmat tacı uğrunda matç baş tutmuşdu.

Shares: