Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında keçirilən ölkə çempionatında ilk gününün qalibləri bəlli olub.

Futbolinfo.az xəbər verir ki, yarışın ilk günündə 7 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qadınların mübarizəsində Fidan Əlizadə (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) kişilərin yarışında isə Hüseyn Allahyarov (60 kq), Rəşad Yelkiyev (66 kq) və Rəşad Məmmədəliyev (73 kq) qızıl medal qazanan idmançılar olub.

Xatırladaq ki, ilk gündə tatami üzərinə 178 idmançı çıxıb.

Shares: