2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatının final oyununun məkanı bəlli olub. Məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Həlledici görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı matçlarına ev sahibi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.

Shares: