Azərbaycan Basketbol Liqasının 4-cü turunda bu gün daha iki oyun keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, A qrupunda “Sabah” evdə NTD-ni qəbul edəcək.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq oyuna saat 12:30-da start veriləcək.

“Sabah” hazırda A qrupunda 6 xalla ikinci yerdə qərarlaşıb. 4 xala malik NTD isə dördüncüdür.

B qrupunda “Sumqayıt” səfərdə “Quba”nın qonağı olacaq. Quba Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşmanın start fiti saat 17:30-da səsləndiriləcək. “Quba” klubu hazırda 3 xalla beşinci yerdədir. Eyni xala malik “Sumqayıt” isə sonuncu – 6-cı pillədədir.

4-cü turun noyabrın 26-da keçirilmiş “Abşeron” – “Naxçıvan” oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı – 68:72. Ötən gün isə “Ordu” klubu səfərdə “Lənkəran”ı məğlub edib – 92:55. Turun digər matçları dekabrın 1-də baş tutacaq.

Shares: