Azərbaycan Basketbol Liqasının 4-cü turunda “Sabah” qələbə qazanıb.
Futbolinfo.az xəbər verir ki, Bakı klubu A qrupunda evdə NTD ilə üz-üzə gəlib.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan görüş Rimas Kurtinaytisin komandasının 110:86 hesablı üstünlüyü ilə yekunlaşıb.
Bu gün daha bir matç keçiriləcək. B qrupunda “Sumqayıt” səfərdə “Quba”nın qonağı olacaq.