“Karvan”ın qapıçısı Kamran İbrahimov zədələnib. O, I Liqada “Qəbələ” ilə keçirilən görüşün ikinci hissəsində xəsarət alıb.

Qolkiperin bərpasına 3 həftəyədək vaxt lazım gələcək. 25 yaşlı qapıçı “ağ-qaralar”ın qış fasiləsinə qədər “Zaqatala”, “Mingəçevir” və “Baku Sportinq”ə qarşı keçirəcəyi oyunlarda forma geyinməyəcək.

Qeyd edək ki, İbrahimov mövsümün əvvəlində “Kəpəz”dən “Karvan” klubuna keçib.

Shares: