“Oyun elə gedirdi ki, 1 qol vuran komanda böyük ölçüdə qalib olacaqdı. Biz bunu edə bilmədik və məğlubiyyətlə barışdıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev deyib.
25 yaşlı müdafiəçi “Araz-Naxçıvan”la oyunda yaranan fürsətlərdən istədikləri kimi istifadə edə bilmədiklərini bildirib: “Çətin oyun olacağını biliridik. “Araz-Naxçıvan” yaxşı komandadır və biz oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, istədiklərimizi tam olaraq yerinə yetirə bilmədik. Belə matçlarda qol fürsətləri az ələ düşür. Biz isə düşən epizodları istədiyimiz kimi yerinə yetirə bilmədik. Düzdür, qələbə qazanmaq istəyirdik, lakin futbolda belə anlar olur. Çempionat uzundur və nəyin necə olacağını indidən demək çətindir. Gələcək oyunlarda bunu düzəltməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxıb, işləri xeyrimizə dəyişməyə çalışacağıq. Gələn tur rəqibimiz “Şamaxı”dır. Hazırda nəticələri pis olsa da, yaxşı rəqibdir. Bizi maraqlı oyun gözləyir”.
GÜNAY SÜLEYMANOVA