Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Bandırmaspor” bu turda öz meydanında “Yeni Malatyaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Coşqun da bu oyunda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
Hazırda “Bandırmaspor” turnir cədvəlində 28 xalla 2-cidir. Komanda lider “Kocaelispor”dan 1 xal geri qalır.