“Neftçi” Misli Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığı yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində Azərbaycan derbisindən əvvəl son məşqini reallaşdırıb.
Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışmaqla kifayətlənib. Hər iki futbolçu “Qarabağ”la oyunu buraxacaq. Ayağında ağrıları olan Dembo Darbonun oynaması isə sual altındadır.
Dekabrın 1-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.