Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxacaq.
Futbolinfo.az xəbər verir ki, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq.
Saat 17:00-da start götürəcək görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcəklər.
Ötən gün baş tutan ilk oyun İslandiya təmsilçisinin 30:25 hesablı qələbəsi ilə yekunlaşıb.