İngiltərə Premyer Liqasında 13-cü tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Tottenhem” – “Fulhem” matçında qalib müəyyənləşməyib. “Çelsi” “Aston Villa”nı, “Mançester Yunayted” “Everton”u, lider “Liverpul” da son çempion “Mançester Siti”ni məğlub yola salıb.

Hazırda 34 xala malik “Liverpul” vahid liderdir. “Arsenal”la “Çelsi” 25, “Brayton”la “Mançester Siti” 23, “Nottingem Forest” 22, “Tottenhem” və “Brentford” 20, “Mançester Yunayted”, “Fulhem”, “Nyukasl” və “Aston Villa” 19 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
13-cü tur

29 noyabr

Brayton – Sauthempton 1:1
Qollar: Mitoma, 29 – Daunes, 59.

30 noyabr

Brentford – Lester Siti 4:1
Qollar: Vissa, 25. Şade, 29; 45+8; 59 – Buonanotte, 21.

Kristal Pelas – Nyukasl 1:1
Qollar: Munos, 90+4 – Qehi, 53-öz qapısına.

Nottingem Forest – İpsviç Taun 1:0
Qol: Vud, 49-pen.

Vulverhempton – Bornmut 2:4
Qollar: Larsen, 5; 69 – Kluyvert, 3-pen; 18-pen; 74-pen. Kerkez, 8.

Vest Hem – Arsenal 2:5
Qollar: Van Bissaka, 38. Emerson, 40 – Qabriel, 10. Trossard, 27. Edeqor, 34. Haverts, 36. Saka, 45+5-pen.

1 dekabr

Çelsi – Aston Villa 3:0
Qollar: N.Cekson, 7. E.Fernandes, 36. Palmer, 83.

Mançester Yunayted – Everton 4:0
Qollar: Raşford, 34; 46. Zirkze, 41; 64.

Tottenhem – Fulhem 1:1
Qollar: B.Conson, 54 – Kerni, 67.

Liverpul – Mançester Siti 2:0
Qollar: Qakpo, 12. Salah, 78-pen.

Shares: