“Qarabağ”ın Avropa Liqasında Lion “Olimpik”i ilə keçirdiyi oyunu izləyənlər arasında “Vest Hem”in skautları da olub.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubunun nümayəndələri bir futbolçunun çıxışını bəyəniblər. Onlar lionluların gürcü hücumçusu Georgi Mikautadzenin komandaya Premyer Liqada fayda verəcəyini düşünürlər. Bakıdakı qarşılaşmada dubla imza atan 24 yaşlı forvard üçün tezliklə rəsmi təklif ediləcək.
Maliyyə böhranı yaşayan “Olimpik” də aparıcı oyunçularından bir neçəsini satmağı planlaşdırır. Bu səbəbdən “Vest Hem”in sərfəli təklifinə fransızlar çətin ki, “yox” desin.
Qeyd edək ki, “Qarabağ”la oyunda qonaqlar 4:1 hesablı qələbəyə sevinmişdi.