Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub. “Zirə”nin futbolçusu Misli Premyer Liqasının XV turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb. Onun matçdakı son topu yubiley – 50-ci olub.
Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda 3 klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.
1. Nazim Əliyev – 183
2. Müşfiq Hüseynov – 125
3. Rövşən Əhmədov – 116
4-5. Qurban Qurbanov – 115
Samir Ələkbərov – 115
6. Alay Bəhramov – 108
7. Nadir Nəbiyev – 103
8-9. Xaqani Məmmədov – 102
Vadim Vasilyev – 102
10. Kənan Kərimov – 101
11. Musa Qurbanov – 94
12. Fazil Pərvərov – 89
13. Samir Musayev – 88
14-15. Fərrux İsmayılov – 85
İmamyar Süleymanov – 85
16. Samir Əliyev – 84
17. İsmayıl Məmmədov – 76
18. İlham Məmmədov – 74
19. Azər İsayev – 73
20. Paşa Əliyev – 72
21. Badri Kvaratsxeliya – 71
22. Zaur Ramazanov – 70
23. Yunis Hüseynov – 66
24-25. Vidadi Rzayev – 65
Mahir Əliyev – 65
26. Rauf Əliyev – 63
27-29. Mahmud Qurbanov – 61
Ramiz Məmmədov – 61
Georgi Adamiya – 61
30-31. Mahir Emreli – 59
Filip Ozobiç – 59
32. Rəşad Abdullayev – 58
33. Vaqif Cavadov – 53
34. Amil Yunanov – 52
35-36. Həsən Abdullayev – 51
Riçard Almeyda – 51
37-41. Vüqar Qəmbərov – 50
Mehman Baxışov – 50
Yalçın Bağırov – 50
Viktor İqbekoyi – 50
Davit Volkov – 50