Viktor Dyökereş qışda “Sportinq”dən ayrılmayacaq. Portuqaliya klubu isveçli hücumçunu mövsümün ortasında buraxmaq niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, bu mövsüm yüksək məhsuldarlığı ilə seçilən macar əsilli oyunçu bir çox qitə nəhənginin hədəfindədir. Xüsusilə də Lissabon klubundan ayrılaraq “Mançester Yunayted”ə baş məşqçi təyin olunan Ruben Amorim yetirməsini yaynında istəyir. “Barselona”, “Çelsi” də hücumçuyq müştəridir.

“Sportinq” isə 70 milyon avro bazar dəyəri olan forvardı yalnız yayda satmaq niyyətindədir. Portuqaliya çempionluğu üçün mübarizə aparan komanda əsas forvardını buraxıb hədəflərindən uzaq qalmaq istəmir. Dyökereş də qərarla razıdır və yalnız klubun qərarını gözləyir.

Shares: