Karlos Kazemiro öz medalını “Mançester Yunayted”dəki komanda yoldaşına verib. Bu haqda gəzən xəbərləri brazilyalı yarımmüdafiəçi təsdiqləyib.
Futbolinfo.az xəbər verir ki, dayaq bölgəsi oyunçusu İngiltərə Kubokunu qazandığı üçün aldığı medalı Tayrel Malasiyaya bağılayıb: “O, mövsüm ərzində heç bir oyunda meydana çıxmadı. Bu səbəbdən mükafat alanlar siyahısında adı yox idi. Lakin Malasiya komandamızın bir üzvüdür və oynamasa da, onu sevirik. Onun da bizim sevgimizə ehtiyacı var”.
2022-ci ilin yayından “Mançester Yunayted” forması geyən Kazemiro burada yalnız bir titul qazanıb. 25 yaşlı niderlandlı da onunla eyni vaxtda transfer edilib. Amma gərgin rəqabət üzündən Malaysiya ötən mövsüm kubok matçlarında meydana çıxmamışdı.