“Mançester Siti” böhrandan çıxa bilmir. İngiltərə Premyer Liqasında liderdən 11 xal geri düşən “şəhərlilər”, son illər belə uğursuzluq yaşamamışdı.
Futbolinfo.az xəbər verir ki, dünən “Liverpul”a 0:2 hesabı ilə yenilən Xosep Qvardiolanın yetirmələri ardıcıl 7 otundur qələbə qazanmır. 2004-cü ildən bəri belə seriya ilk dəfə yaşanır. Komanda 2008-dən bu yana ilk dəfədir Premyer Liqada ardıcıl 4 matçda uduzur.
“Liverpul” isə əks qrafik cızır. Mersisaydlılar ardıcıl 7 qələbəyə sevinir. Arne Slotun yetirmələrinin “Real”, “Mançester Siti” və “Bayer” kimi komandalardan top buraxmaması da qeyd edilməlidir. Dünən həm də “şəhərlilər”lə duellərdə 4 oyunluq qələbəsizlik seriyası da bitdi.