Formula 1 üzrə dünya çempionatının 23-cü mərhələsi geridə qalıb. Qətərdə keçirilən yarışı Maks Ferstappen qazanıb. Niderlandlı pilot startda liderliyə yüksəldikdən sonra rəqiblərinə şans verməyib.

Yarışın özü xeyli maraqlı alınıb. Bir neçə dəfə təhlükəsizlik maşını trasssa daxil olub.

Ən çox yaddaqalan məqam isə cərimələr olub. Stüardlar bir neçə dəfə pilotları cəzalandırıblar. Ən vacib cəzalardan biri Lando Norrisə verib. Məhz bunun sayəsində o, ilk onluğun sonuna yuvarlanıb.

Maks Ferstappendən başqa podiumda Şarl Leklerlə Oskar Piastri yer alıblar.

Qeyd edək ki, mərhələdən sonra Mühəndislər kubokunda “Maklaren” komandasının liderliyi davam edir. Çempion bu həftə keçiriləcək Əbu Dabi qran-prisində müəyyənləşəcək.

Shares: