8 ay ötdü. Rövşən Nəcəfin yeni AFFA prezidenti seçilməsindən, İcraiyyə Komitəsinin yenidən formalaşdırılmasından məhz bu qədər zaman keçir.

Böyük ümidlər bəslənilən, futbolumuzun nəhayət, inkişaf yoluna qədəm qoymasına töhfə verəcəyi gözlənilən yeni rəhbərlər bu müddəti boşa verib. Milli komandalarımızın məğlubiyyətlərinin sayı-hesabı yoxdur, əsas yığma Millətlər Liqasında fiasko yaşayıb. 8 ay ərzində heç bir ciddi kadr islahatı aparmayan AFFA rəhbərliyi hələ də hansısa əcnəbinin yazacağı inkişaf strategiyasının yolunu gözləyir.

Doğrudur, bugünəqədərki uğursuzluqlar daha çox əvvəlki rəhbərliyin yetişdirdiyi ağacların zəhərli meyvələrdir. Amma indikilər də onlar kimi olduğunu, vəziyyəti dəyişmək gücündə olmadıqlarını göstərir. Heç bir plan, layihə yoxdur, sadəcə, kreslolarda əyləşib gün sayır, qohum-əqrəbanı müxtəlif postlara yerləşdirirlər.

Nəcəf 8 ayı bu şəkildə yola verdi. Ümid edirik 9-cu azadolma ayında onların ortaya çıxaracağı körpə – “inkişaf strategiyası” adlandırılan layihə-sənəd ölü doğulmuş uşaq olmayacaq.

Shares: