Esteban Okonu Formula 1-in Əbu-Dabi mərhələsində Cek Dueyn əvəzləyəcək. Bu barədə “The Race” nəşri məlumat yayıb.

Bunun səbəblərindən biri  Okonun Qətər qran-prisində qeyri-adi davranışıdır.

“Komandaya bu yarışda göstərdikləri zəhmətə və il ərzində çəkdiləri əziyyətə görə təşəkkür etmək istərdim. İşlər yaxşı getməyəndə mühəndislər və mexaniklər birlikdə çalışırlar. Ən vacibi də elə budur. İrəli baxmaq vaxtıdır”, – deyə Okon bildirib.

Ehtimal olunur ki, “Alpin” komandasının rəhbərliyi Okonun şikayətlərindən bezib. Fransız pilot son yarışlarda komanda yoldaşı Pyer Qaslinin bolidinin onunkundan daha sürətli olduğundan şikayətlənirdi. Rəhbərlik isə israrla bunu təkzib edirdi.

Shares: