UFC-nin şöhrət zalının üzvü, 70 kq çəki dərəcəsində dünya çempionu Həbib Nurməhəmmədov Formula 1 üzrə Qətər qran-prisinin qonağı olub. 36 yaşlı keçmiş döyüşçü VİP sektordan şəklini paylaşıb.
Xatırladaq ki, Həbib karyerası ərzində qazandığı titulu 3 dəfə qorumağı bacarıb. 12 illik karyerası ərzində o, keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.
Formula 1 üzrə dünya çempionatının Qətər mərhələsində isə Maks Ferstappen finiş xəttini hamıdan əvvəl keçib. Bu onun mövsümdə 9-cu qələbəsi olub.