Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə stolüstü tennis yarışı keçirilib.
Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənclər arasında baş tutan şəxsi birincilikdə 5 kənd və qəsəbədən 16 nəfər gənc iştirak edib.
Aydın Hüseynov bütün rəqiblərini üstələyərək qalib adını qazanıb.İkinci və üçüncü yerlərdə uyğun olaraq, Uğur Cəfərov və Saleh Əliyev qərar tutub. Qaliblər diplomla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV