Azərbaycan I Liqası təmsilçisi “Karvan” baş hakim Tural Qurbanovdan AFFA-ya şikayət edib. Bu barədə futbolinfo.az saytına Aran təmsilçisinin sözcüsü Bəhruz Musayev məlumat verib.

Klub rəsmisi həmin hakimlə bağlı AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevə, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova və Hakimlər Komitəsinin rəhbəri Frank de Blakerə məktub ünvanladıqlarını vurğulayıb: “Qəbələ” ilə son turun oyunu zamanı nəticəyə təsir edən iki penalti epizodu var idi, amma hakim Tural Qurbanovun fiti susdu.Görüntülərə baxanda açıq-aşkar bunu görmək olur. Oyun zamanı baş verən gərginliyin səbəbkarı baş hakimdir. AFFA-ya məktub yazmışıq ki, onu oyunlarımızda görmək istəmirik”.

Xatırladaq ki, görüş “Qəbələ” komandasının 1:0 hesablı qələbəsi ilə sona çatıb. Bu nəticədən sonra “Qəbələ” yevlaxlıları taxtdan salaraq zirvəyə yüksəlib.

Shares: