AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci liqanın 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilib.

“Lerik” – “Kür-Araz” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” komandası 70 manat cərimə edilib.

“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Ağdaş” komandası 150 manat cərimə edilib.

“Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl” komandasının 32 nömrəli futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Göygöl” komandasl 200 manat cərimə edilib.

“Göygöl” – “Şəfa” oyunu Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” komandası 100 manat cərimə edilib.

Shares: