Peşəkar Futbol Liqasının Misli Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

  1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti
  2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi
  3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru
  4. Volkan Üst – “CBC Sport” telekanalının baş direktoru
  5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru
  6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü
  7. Nazim Əliyev – futbol mütəxəssisi
  8. Nazim Süleymanov – futbol mütəxəssisi
  9. Arif Əsədov – futbol mütəxəssisi
  10. Aslan Kərimov – futbol mütəxəssisi
  11. Mahmud Qurbanov – futbol mütəxəssisi

Qeyd: Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.

Shares: