Türkiyə birinci liqasında 14-cü tura yekun vurulub. Turun son matçında millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” səfərdə “Sakaryaspor”un qonağı olub.
Görüş “Sakaryaspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 21 xalda qalan “Boluspor” 7-ci pillədə qərarlaşıb. “Sakaryaspor” isə 17 xalla 20 komanda arasında 18-cidir.