Polşa çempionatında 17-ci tura yekun vurulub. Turun son matçında millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geydiyi “Radomiak” səfərdə “Motor Lublin”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zədəli olan Rahil komandasının uduzduğu matçda meydanda olmayıb.
“Radomiak” bu məğlubiyyətdən sonra 16 xalla 16-cı pillədədir.